• İdman paytaxtı
  • Qazax
    • Qazax haqqında
    • Qazax idmançıları
  • Xəbərlər
  • Tədbirlər
  • Əlaqə
  • İdman paytaxtı
  • Qəbələ
    • Qazax haqqında
    • Qazax idmançıları
  • Xəbərlər
  • Tədbirlər
  • Əlaqə

Qazax haqqında

Qazax rayonu

Qazax rayonu Azərbaycanın şimal-qərbində yerləşir. Gürcüstanla 9 km, Ermənistanla 168 km həmsərhəddir. Rayon 08 avqust 1930-cu ildə Azərbaycanın inzibati rayonlarından biri kimi yaradılıb. Ərazisi 692 km2, əhalisi isə 96 467 nəfərdir. Rayonda bir şəhər (Qazax), 34 kənd və 23 inzibati ərazi dairəsi vardır. Qazax rayonu respublikanın qərb hissəsində, kiçik Qafqazın dağ silsiləsinin yamaclarından başlayaraq Kür çayının sağ sahili boyunca uzanan geniş Gəncə-Qazax düzənliyinin qərb hissəsində yerləşir. Ən hündür yüksəkliyi “Odun” dağıdır (1316 metr). Təbiəti əsasən düzənlikdir, cənub hissəsi alçaq dağlıqdır. Dəniz səviyyəsindən 300-800 metr yüksəklikdə yerləşir. Şimalında Tuqay meşələri və Ceyrançöl qışlaqları yerləşir. Məşhur “Göyəzən”, “Avey” dağları, “Damcılı” bulağı bu rayonun ərazisindədir. Qazax rayonu ərazisindən 5 çay keçir. Bunlar Kür, Ağstafaçay, İncəsu, Ehram və Coğaz çaylarıdır.

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi regionda dövlətin gənclər və idman sahəsindəki siyasətini həyata keçirir. Rayonda 2968 nəfərə yaxın uşaq, yeniyetmə və gənc idmanın 14 (taekvondo, sərbəst-güləş, yunan-Roma güləşi, cüdo, boks, qol güləşi, ağırlıqqaldırma, futbol, voleybol, basketbol, şahmat, karate, MMA və qrapplinq, bodibildinq və fitnes) növü üzrə məşğul olur. Həmin bölmələr rayon mərkəzində və bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərir.

 

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi

10 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon gənclər və idman idarələrinin əsasında Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi yaradılıb.

 

Qazaxın idman infrastrukturu

Qazax Olimpiya İdman Kompleksinin 2007-ci il mayın 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsən iştirakı ilə təntənəli açılış mərasimi olmuşdur. Bu nəhəng idman qurğusunun inşası üçün 15.5 hektar torpaq sahəsi ayrılıb. Kompleksdə 1010 nəfərlik böyük idman zalı, 160 nəfər tamaşaçı tutumu olan üzgüçülük hovuzu, trenajor zalı, yeməkxana, məşq zalları və otel mövcuddur. Kompleks Qazaxda idmanın müxtəlif sahələrinin müasir standartlar səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunub. Burada idmançıların asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait vardır. Bunun üçün kompleksin birinci mərtəbəsində bilyard və tennis masaları quraşdırılıb.

Minifutbol, basketbol, voleybol, gimnastika, ağırlıqqaldırma, cüdo, boks, güləş növləri üzrə beynəlxalq səviyyəli turnirlərin keçiriləcəyi zalda yarışları izləyəcək tamaşaçılar üçün 1010 oturacaq quraşdırılıb. Burada kişilər üçün trenajor zalı yaradılıb. Zallar müasir avadanlıqla təchiz olunub. Süni örtüklü açıq stadion (25x50 m) 252 tamaşaçı tutumuna malikdir. Bundan başqa, burada minifutbol(25x50 m), tennis kortu (11x24 m), basketbol (36x19 m) və voleybol (36x19 m) meydançaları vardır. Kompleksin ərazisində hər cür şəraiti olan ikimərtəbəli (4 nəfərlik) altı , birmərtəbəli (8 ədəd 2 nəfərlik, 2 ədəd 3 nəfərlik) isə on kottec də inşa olunub.

Rayonda Qazax Olimpiya İdman Kompleksindən başqa “Göyəzən” Futbol Klubu, “Qazax Gənclər”  Futbol Klubu, “Qazax Siti” Futbol Klubu, “Biomen” İdman Klubu, “Farid” İdman Klubu fəaliyyət göstərir.

  • İdman paytaxtı
  • Qazax haqqında
  • Xəbərlər
  • Tədbirlər
  • Əlaqə

Əlaqə

Gənclər və İdman Nazirliyi
  • Telefon: 187
  • E-mail: [email protected]
  • İş saatları: 9:00-18:00
  • Ünvan: AZ1072, Bakı, Olimpiya küçəsi 4

follow us

Əlaqə

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
  • Telefon: (02229) 5-43-35
  • E-mail: [email protected]
  • İş saatları: 9:00-18:00
  • Ünvan: Qazax Olimpiya İdman Kompleksi, Qazax rayonu Xanlıqlar kəndi (Bakı-Ələt-Gürcüstan şossesi 475 km)

© 2026 İdman paytaxtı. Bütün hüquqlar qorunur!