Yeniyetmə və gənclər arasında qol güləşi üzrə rayon turniri keçirilib
Noyabrın 14-də Qəbələ rayonunda “Qəbələ İdman Paytaxtı – 2025” layihəsi çərçivəsində yeniyetmə və gənclər arasında qol güləşi üzrə rayon turniri keçirilib.
Yarış Şəki–Zaqatala Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Qəbələ Olimpiya İdman Kompleksində baş tutub. Turnirdə 35 idmançı iştirak edib.
Sonda qaliblər diplomlarla təltif olunublar.