• İdman paytaxtı
  • Qazax
    • Qazax haqqında
    • Qazax idmançıları
  • Xəbərlər
  • Tədbirlər
  • Əlaqə
  • İdman paytaxtı
  • Qəbələ
    • Qazax haqqında
    • Qazax idmançıları
  • Xəbərlər
  • Tədbirlər
  • Əlaqə
  • 10 Fevral 18:01

“Qazax – İdman Paytaxtı 2026” layihəsi çərçivəsində rəsm və əl işləri üzrə müsabiqəyə start verilib

“Qazax – İdman Paytaxtı 2026” layihəsi çərçivəsində rəsm və əl işləri üzrə müsabiqəyə start verilib

“Qazax – İdman Paytaxtı 2026” layihəsi çərçivəsində rəsm və əl işləri üzrə müsabiqəyə start verilib.


Müsabiqə rəsm əsərləri və əl işlərindən ibarət olmaqla 3 yaş qrupu üzrə təşkil olunur: I qrup 9–13 yaş, II qrup 14–18 yaş, III qrup 19–29 yaş. Müsabiqə 2 turdan ibarət olacaq.

Rəsm işləri kağız, kətan və digər materiallar üzərində hazırlanmalı, istənilən texniki üsullarla (yağlı boya, quaş, akvarel, pastel, karandaş və s.) çəkilmiş rəsm əsərləri və əl işləri qəbul olunmalıdır. Hər bir iştirakçı fərdi qaydada müsabiqəyə idman mövzusunda (akrobatika və aerobika gimnastikası, avarçəkmə, qol güləşi, ağırlıqqaldırma, atçılıq, atıcılıq, basketbol, boks, boulinq, voleybol, velosiped idmanı, karate, güləş, üzgüçülük, futbol, şahmat, tennis, cüdo, dama, qılıncoynatma, oxatma, hokkey, bilyard və s.) maksimum iki əsər təqdim edə bilər. Eyni zamanda, “Qazax – İdman Paytaxtı 2026” layihəsinin loqosunda əks olunan Qazaxın rəmzləri olan Göyəzən dağı və Dilbaz atı, eləcə də layihə üçün hazırlanan maskotda Qazaxa xas aşıq sənətinin rəmzi olan sazla gənc idmançı mövzusunda çəkilmiş rəsmlər də müsabiqəyə təqdim oluna bilər.

Rəsm işlərinin arxa hissəsində müəllifin adı, soyadı, yaşı və təhsil aldığı müəssisə qeyd edilməlidir. Müsabiqədə iştirak etmək istəyən şəxslər anket formasını doldurmalı və I turun keçirilməsi üçün nəzərdə tutulan mədəniyyət müəssisələrinə təqdim etməlidirlər. Müsabiqənin I turu Qazax Dövlət Rəsm Qalereyasında, Ağstafa Dövlət Rəsm Qalereyasında, Şəmkir Rayon Mədəniyyət Mərkəzində və Tovuz Rayon Nizami adına Mədəniyyət Evində, final mərhələsi isə Qazax şəhərində keçiriləcək. Rəsm işləri 24 fevral 2026-cı il tarixinədək Qazax Dövlət Rəsm Qalereyasına təqdim edilməlidir.

Müsabiqənin nəticələrinə əsasən hər yaş qrupu üzrə I, II və III yerləri tutan qaliblər fəxri fərmanlarla təltif olunacaq və mükafatlandırılacaqlar.

Paylaş

Son xəbərlər

“Qazax – İdman Paytaxtı 2026” layihəsi çərçivəsində rəsm və əl işləri üzrə müsabiqəyə start verilib

“Qazax – İdman Paytaxtı 2026” layihəsi çərçivəsində rəsm və əl işləri üzrə müsabiqəyə start verilib

10 Fevral 18:01
Uğurlar "İdman paytaxtı"mız!

Uğurlar "İdman paytaxtı"mız!

14 Yanvar 11:25
“Qazax – hərəkətə qoşul!”

“Qazax – hərəkətə qoşul!”

9 Yanvar 14:54
  • İdman paytaxtı
  • Qazax haqqında
  • Xəbərlər
  • Tədbirlər
  • Əlaqə

Əlaqə

Gənclər və İdman Nazirliyi
  • Telefon: 187
  • E-mail: [email protected]
  • İş saatları: 9:00-18:00
  • Ünvan: AZ1072, Bakı, Olimpiya küçəsi 4

follow us

Əlaqə

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
  • Telefon: (02229) 5-43-35
  • E-mail: [email protected]
  • İş saatları: 9:00-18:00
  • Ünvan: Qazax Olimpiya İdman Kompleksi, Qazax rayonu Xanlıqlar kəndi (Bakı-Ələt-Gürcüstan şossesi 475 km)

© 2026 İdman paytaxtı. Bütün hüquqlar qorunur!