Velosiped idmanı üzrə Federasiya Kuboku yarışı keçirilib
Gənclər və İdman Nazirliyi, Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə iyulun 25-də ölkəmizin “İdman Paytaxtı” olan Qazax şəhərində velosiped idmanı üzrə Federasiya Kuboku yarışı keçirilib.
Respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən velosiped bölmələrinin 150-dən çox oğlan və qız idmançısı 5 kilometr məsafəyə qrup ötüşməsi üzrə mübarizə aparıb. Yarış proqramı çərçivəsində Qazax rayonunun yeniyetmə həvəskar velosipedçiləri üçün də xüsusi yarış təşkil olunub.
