• İdman paytaxtı
  • Qazax
    • Qazax haqqında
    • Qazax idmançıları
  • Xəbərlər
  • Tədbirlər
  • Əlaqə
  • İdman paytaxtı
  • Qəbələ
    • Qazax haqqında
    • Qazax idmançıları
  • Xəbərlər
  • Tədbirlər
  • Əlaqə
  • 5 Mart 20:25

Qazax şəhərində idman paradı və “İdman Paytaxtı”nın açılış mərasimi keçirilib

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qazax şəhərində idman paradı və “İdman Paytaxtı”nın açılış mərasimi keçirilib.

Əvvəlcə Qazax şəhəri Ədəbiyyat Muzeyinin qarşısından idman ictimaiyyətinin iştirakı ilə idman yürüşü başlanıb və Heydər Əliyev Parkında idman federasiyaları, idman qurğuları, “İdman səfirləri”, regional gənclər və idman idarələri, idman könüllüləri və digər idman təşkilatları təntənəli şəkildə paraddan keçiblər. 

“İdman Paytaxtı”nın açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ulu Öndər Heydər Əliyevin və ölkəmizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, gənclər və idman naziri Fərid Qayıbov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək Bədən Tərbiyəsi və İdman Günü münasibətilə hər kəsi təbrik ediblər. “İdman Paytaxtı” layihəsinin rəmzi açarı Qəbələdən təhvil alınaraq Qazaxa təqdim edilib. Ardınca Qazax “İdman Paytaxtı”nın maskotu səhnədə təqdim olunub.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun çıxışından sonra həvəskar pəhləvan tərəfindən nümunəvi çıxış nümayiş olunub. Tədbirin bədii hissəsi aşıq Samir Cəlal oğlunun ifasında təqdim olunan milli musiqi ilə zənginləşib. “İdman səfiri” Xəyyam Orucovun milli idman növləri üzrə nümayişləri təqdim edilib. Akrobatika gimnastikası, taekvondo üzrə idmançıların nümayişi tədbirə xüsusi rəng qatıb. Tanınmış müğənnilər Murad Arif və Mərdan Kazımovun ifasında bir-birindən maraqlı musiqi nömrələri iştirakçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Paylaş

Son xəbərlər

Qazax şəhərində idman paradı və “İdman Paytaxtı”nın açılış mərasimi keçirilib

Qazax şəhərində idman paradı və “İdman Paytaxtı”nın açılış mərasimi keçirilib

5 Mart 20:25
Gənclər və idman idarələrinin rəisləri, uşaq-gənclər idman məktəbləri və digər idman qurğularının rəhbərləri ilə görüş

5 Mart 20:01
Qazax şəhərində müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar və sərgi təşkil olunub

5 Mart 19:00
  • İdman paytaxtı
  • Qazax haqqında
  • Xəbərlər
  • Tədbirlər
  • Əlaqə

Əlaqə

Gənclər və İdman Nazirliyi
  • Telefon: 187
  • E-mail: [email protected]
  • İş saatları: 9:00-18:00
  • Ünvan: AZ1072, Bakı, Olimpiya küçəsi 4

follow us

Əlaqə

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
  • Telefon: (02229) 5-43-35
  • E-mail: [email protected]
  • İş saatları: 9:00-18:00
  • Ünvan: Qazax Olimpiya İdman Kompleksi, Qazax rayonu Xanlıqlar kəndi (Bakı-Ələt-Gürcüstan şossesi 475 km)

© 2026 İdman paytaxtı. Bütün hüquqlar qorunur!