Qazax rayonunun Daş Salahlı kəndində sərbəst güləş zalının açılış mərasimi keçirilib
İyulun 3-də Qazax rayonunun Daş Salahlı kəndində sərbəst güləş zalının açılış mərasimi keçirilib.
Daş Salahlı 1 nömrəli tam orta məktəbin 2006-cı il məzunlarının maddi dəstəyi ilə inşa edilən idman zalının açılışında gənclər və idman naziri Fərid Qayıbov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycan Güləş Federasiyasının rəhbər şəxsləri, Olimpiya və dünya çempionları, rayonun idman ictimaiyyətinin nümayəndələri, məşqçilər, veteran güləşçilər və kənd sakinləri iştirak ediblər.
