"İdman Paytaxtı" Qazax şəhərində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib
"İdman Paytaxtı" Qazax şəhərində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib. Tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edib.
Tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Elçin Qasımov və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev iştirak ediblər.
Bayram tədbiri bədii hissə ilə davam edib. Körpələr evi-uşaq bağçalarının fidanları şeirlər səsləndirib, mahnılar oxuyub, rəqs nömrələri nümayiş etdiriblər. Həmçinin onlar üçün müxtəlif əyləncəli oyunlar təşkil olunub.
